no_save

1. ;Sizcə, əhvalınızın necə olması, nə yeyib, nə içdiyiniz, günü necə keçirdiyiniz münasibətdə olduğunuz insanı maraqlandırırmı?
Bəzən.
Əlbəttə ki, hə.
O qədər də maraqlandırmır.

2. ;Keçmişdə yaşadıqlarınız barədə soruşurmu və ya öz keçmişi haqqında sizə danışırmı?
Hərdən olur, lakin çox nadir hallarda.
Yox, çünki onun üçün əsas olan bizim hazırda bir yerdə olmağımızdır. Keçmişdə olanlar keçmişdə qalıb. ;
Bəli, tez-tez keçmişdə olub-bitənləri müzakirə edirik.

3. ;Partnyorunuz sizi qısqanırmı və öz qısqanclığını necə biruzə verir?
Bəli. Mən buna imkan yaradıramsa qısqanır.
Əgər qısqanırsa da, onun davranışları daha çox zarafata bənzəyir. ;
Onun qısqandığını demək olar ki, hiss etmirəm.

4. ;Ona bəxş etdiyiniz emosiyaların qarşılığını yetərincə ala bilirsinizmi? ;
Hər dəfə fərqlənir. Ya həddindən çox, ya da heç. ;
Qarşılığını artıqlamasıyla alıram.
“Bəlkə verər” deyə gözləyirəm.

5. ;Birlikdə olduğunuz insan barəsində “O, mənim fikirlərimə önəm verir” deyə bilərsinizmi?
Heç bilmirəm də... Kim bilir bəlkə də...
Bəli.
Güman edirəm ki, düşüncələrim onun üçün heç də hər zaman önəmli deyil.